"Barış Alper üç ildir ki, bu komandanın ən dəyərli oyunçularından biridir".
Apasport.az xəbər verir ki, bunu "Qalatasaray" rəsmisi Abdullah Kavukçu "Puma" ilə sponsorluq sözləşməsinin imza mərasimində söyləyib.
O, Barış Alper Yılmaz və Mauro İkardi barəsində bunları söyləyib:
"Biz prezidentlə hazırkı komandanı pozmadan heyəti gücləndirməyin vacibliyini müzakirə edirik. İkardinin daha bir illik müqaviləsi var. Performansda azalma ola bilər. Onun müqaviləsini ilin sonunda müzakirə edəcəyik. Biz onun qalmasını istəyirik. Öz dəyərlərimizi qorumalıyıq. Barış Alper üçün çox ciddi təkliflər almışıq. Barış Alper kimi futbolçu tapmaq çətindir. Çox yaxşı xasiyyəti var. Barış Alperi sona qədər dəstəkləyəcəyik".