
"Qalatasaray" "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun derbi sonrası mətbuat konfransında dediklərinə sərt reaksiya verib.
Apasport.az xəbər verir ki, Mourinyo matçdan sonra verdiyi açıqlamada "sarı-qırmızılılar"ın futbolçularını meymuna bənzədib:
"Qalatasaray"lı futbolçular matçın əvvəlində gənc müdafiəçimiz Yusuf Akçiçekə kart göstərilməsi üçün bəzi epizodlara girdilər. Hakimə təşəkkür etməliyəm, çünki qeyd etdiyim epizodda ehtiyat oyunçular skamyasında oturanların hamısı meymun kimi tullanırdı".
Bu ifadələrdən sonra "Qalatasaray" portuqal çalışdırıcını irqçilikdə günahladırıb:
"Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqına qarşı aşağılayıcı ifadələr işlədən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo bu gün əxlaqsız ifadələrinə qeyri-insani sözlər də əlavə edib.
Mourinyonun irqçi ifadələri ilə bağlı prokurorluğa, UEFA və FIFA-ya şikayət edəcəyik. Bununla yanaşı rəqib komandanın çalışdırıcısının açıqlaması ilə bağlı göstərdiyi münasibəti və hərəkətləri izləyəcəyik".
Qeyd edək ki, Super Liqanın XXV turunda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?