“Qalatasaray”ın futbolçusu “Trabzonspor”un radarında
26.12.2025 - 20:58
“Qalatasaray”ın futbolçusu “Trabzonspor”un radarında

“Qalatasaray”ın futbolçusu Berkan Kutlu qış transfer pəncərəsində komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, “Trabzonspor” yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, Qara dəniz təmsilçisi 27 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.

Komandanın baş məşqçisi Fatih Tekke Türkiyə millisinin üzvünü oyun sxeminə uyğun namizəd kimi dəyərləndirir.

Qeyd edək ki, Berkan Kutlu bu mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.