“Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək
04.12.2025 - 21:48
“Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək

"Qalatasaray"ın Ademola Lukman israrı davam edir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda “Atalanta” ilə anlaşmazlıqlar yaşayan hücumçu üçün təklif hazırlayıb.

Bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Mənbəyə görə, “sarı-qırmızılılar” 28 yaşlı forvard üçün klubuna 50 milyon avro, oyunçunun özünə isə illik 6 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisi ilə çıxış etdiyi 13 rəsmi matçda 3 qol və 1 assistlə yadda qalıb.