“Qalatasaray”la “Fənərbaxça” üz-üzə
10.11.2022 - 22:32
“Lion”un hücumçusu Mussa Dembelenin Türkiyəyə köçmək ehtimalı getdikcə artır.
Apasport.az saytının məlumatına görə, “Qalatasaray”dan sonra Super Liqanın daha bir iddialı klubu fransalı forvardın transferində maraqlıdır.
26 yaşlı oyunçu uğrunda “cim-bom”la əzəli rəqibi “Fənərbaxça” mübarizəyə qoşulub. Hər iki klub Mali əsilli fransalı qolçunu mövsümün sonunda azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Dembelenin meneceri hətta bir müddət əvvəl “Qalatasaray”la danışıq aparmaq üçün İstanbula da yollanmışdı.
Qeyd edək ki, Mussa Dembele 2018-ci ildən “Lion”da çıxış edir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0