“Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
18.01.2026 - 18:23
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" baş məşqçisi Dino Toppmöllerlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, Dino Toppmöller 2023-cü ilin yayından Frankfurt təmsilçisinə rəhbərlik edirdi.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də başlayacaq.
0
0