"Qarabağ"ın sabiq futbolçusu Makedoniya klubunu çalışdıracaq
26.12.2025 - 17:52
"Qarabağ"ın sabiq futbolçusu Makedoniya klubunu çalışdıracaq

"Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarrem özünə yeni iş yeri tapıb.

Apasport.az xəbər verir ki, o, vaxtilə futbolçusu olduğu "Rabotniçki"də baş məşqçi kimi çalışacaq.

Muarrem mövsümün sonuna qədər Makedoniya klubuna rəhbərlik edəcək.

37 yaşlı məşqçi “Qostivar”, “Başkimi” klublarını çalışdırmışdı.