Qarnaço İtaliyada çıxış edə bilər
19.07.2026 - 13:27
“Çelsi”nin cinah oyunçusu Alexandro Qarnaço karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Roma” 22 yaşlı futbolçunu 5 milyon avro qarşılığında icarəyə götürmək və müqaviləyə 35 milyon avroluq satınalma hüququ əlavə etmək niyyətindədir.
İnsayder Fabritsio Romanonun məlumatına görə, argentinalı vinger də karyerasını məhz “Roma”da davam etdirmək istəyir.
Lakin transferin baş tutması klublar arasındakı danışıqların nəticəsindən asılı olacaq. “Çelsi” Qarnaçonu ya birdəfəlik satmaq, ya da məcburi satınalma şərti ilə icarəyə vermək niyyətindədir.
0
0