“Qırmızı şeytanlar”dan tarixi zərbə: “Arsenal”ın 121 oyunluq seriyası qırıldı
26.01.2026 - 11:11
“Qırmızı şeytanlar”dan tarixi zərbə: “Arsenal”ın 121 oyunluq seriyası qırıldı

"Mançester Yunayted" nadir göstərici ilə yadda qalıb. “Qırmızı şeytanlar” səfərdə "Arsenal"ı 3:2 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, bu oyun 2023-cü ilin dekabrından bəri “Arsenal”ın bir matçda ikidən çox qol buraxdığı ilk qarşılaşma olub.

“Topçular” bütün turnirlər nəzərə alınmaqla 121 oyun ərzində belə bir vəziyyətlə üzləşməmişdi.

Mikel Artetanın rəhbərlik etdiyi komandaya qarşı 3 və ya daha çox qol vuran sonuncu klub isə "Luton Toun" olmuşdu. Həmin görüşdə “Luton” 3 qol vurmasına baxmayaraq, London təmsilçisinə 3:4 hesabı ilə uduzmuş və mövsümün sonunda Premyer Liqanı tərk etmişdi.