Qriliş “Everton”da - RƏSMİ
12.08.2025 - 20:07
Qriliş “Everton”da - RƏSMİ

"Mançester Siti”nin futbolçusu Cek Qriliş karyerasını “Everton”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vinger bir illik icarə əsasında Mersisayd təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Qriliş 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avroya transfer olunmuşdu.