Qvardiola: “Yanvarda yeni transfer olmayacaq”
12.11.2022 - 11:55
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qış transfer pəncərəsində komandaya yeni oyunçu cəlb edilməyəcəyini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis hazırkı heyətin onu qane etdiyini söyləyib.
O, yanvarda yeni transferə ehtiyac durmadıqlarını etiraf edib: “Yanvarda heç kimlə müqavilə imzalamayacağıq. Biz malik olduğumuz kompozisiyadan razıyıq, heyət əvvəlki kimi qalacaq”.
Qeyd edək ki, “Mançester Siti” yay fasiləsində Erlinq Haland, Kalvin Fillips, Manuel Akanji, Serxio Qomes və Stefan Orteqanı transfer edib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0