Ramos "Sevilya" ilə anlaşıb: Bu dəfə meydan kənarında
26.01.2026 - 09:15
Ramos "Sevilya" ilə anlaşıb: Bu dəfə meydan kənarında

İspaniyalı futbolçu Serxio Ramos doğma klubu "Sevilya"nın səhmlərini alacaq.

Apasport.az xəbər verir ki, o, investisiya prosesində mühüm mərhələni geridə qoyub. Bu barədə İspaniyanın nüfuzlu radiosu "Cadena SER" məlumat yayıb.

Mənbənin məlumatına görə, Serxio Ramos “Sevilya” klubunun əsas səhmdar qrupu ilə prinsipial razılıq əldə edib.

Bu razılaşmadan sonra tərəflər arasında klubun maliyyə vəziyyətinin ətraflı şəkildə təhlil olunacağı mərhələ başlayıb.

Qeyd edək ki, Ramos "Sevilya" klubunun yetirməsidir.