“Real” Alaba ilə bağlı qərarını verib
26.12.2025 - 22:23
“Real Madrid” mövsümün sonunda müqaviləsi başa çatan David Alaba ilə bağlı yekun qərarını verib.
Apasport.az xəbər verir ki, "kral klubu" avstriyalı müdafiəçiyə yeni müqavilə təklif etməyəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında azad agent statusu ilə La Liqa təmsilçisini tərk edəcək.
Qeyd edək ki, David Alaba 2021-ci ilin iyul ayından “Real”ın formasını geyinir. Avstriya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 4 rəsmi matçda 145 dəqiqə meydanda olub.
0
0