“Real” gənc hücumçu ilə müqavilə müddətini uzadıb
09.08.2025 - 23:46
“Real” gənc hücumçu ilə müqavilə müddətini uzadıb

“Real Madrid” gənc hücumçusu ilə müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, “kral klubu” 21 yaşlı forvard Qonsalo Qarsiya ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Qonsalo Qarsiya FIFA Klublararası Dünya Çempionatında iştirak etdiyi 6 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.