"Real" "Jirona"nın müdafiəçisini transfer etmək istəyir
05.03.2024 - 12:12
Hüquqları "Jirona"ya məxsus olan müdafiəçi Migel Qutyerrez "Real Madrid"in maraq dairəsindədir.
Apasport.az xəbər verir ki, “kral” klubu müdafiəçini 8 milyon avroya almaq niyyətindədir. Razılaşma gələn ilin yayında baş tuta bilər.
22 yaşlı futbolçu 2022-ci ilin avqustunda "Real"dan "Jirona"ya keçib. Futbolçunun klubla müqavilə müddəti 2027-ci ilin ortalarına qədərdir.
Qeyd edək ki, Qutyerrez iştirak etdiyi 30 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" onu 20 milyon dəyərində qiymətləndirir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
1
0