
"Real Madrid"in qapıçısı Tibo Kurtua "kral klubu" ilə yeni müqavilə imzalaya bilər.
Apasport.az "Relova" nəşrinə istinadla xəbər verir ki, Madrid klubu futbolçunu uzun müddət komandada saxlamaq istəyir.
Mənbənin sözlərinə görə, tərəflər yaxın vaxtlarda 2028-ci ilin ortalarına qədər yeni sözləşmə imzalaya bilər.
Belçikalı qolkiperlə "ağ-qaralar"ın hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.
Tibo 2018-ci ilin yayından Madrid komandasında çıxış edir. Bu mövsüm belçikalı madridlilərin heyətində 43 matçda iştirak edib, 48 qol buraxıb. 14 qarşılaşmada Kurtua qapısını toxunulmaz saxlayıb.