"Real Madrid" Mendinin gələcəyi ilə bağlı qərar verib
25.04.2024 - 14:54

“Real Madrid” fransalı futbolçusu Ferland Mendi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, "kral" klubu 28 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlamaq niyyətindədir.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin sonunda başa çatacaq. Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq. Ferlandın transfer qiyməti 20 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, komandası Çempionlar Liqasında yarımfinala yüksələn Mendi, bu mövsüm La Liqada keçirilən 21 oyunda forma geyinib.
- "İnter" Luis Henrikeni transfer etməyə yaxındır
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Lamin Yamal “Laureus” mükafatı qazanıb
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
0
0