"Real Madrid"in əfsanəsi "Bayer"ə rəhbərlik edə bilər
06.03.2024 - 11:59
"Bayer" Xabi Alonsonun gedəcəyi təqdirdə yeni baş məşqçi axtarır.
Apasport.az "Bild" qəzetinə istinadla məlumat verir ki, Leverkuzen klubunun rəhbərliyi "Real"ın və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzalesin namizədliyini nəzərdən keçirir.
Qeyd olunur ki, Raul Alonsonun yerinə namizədlər siyahısında birinci yerdədir.
Daha əvvəl Xabi Alonsonun yayda klubu tərk edə biləcəyi bildirilirdi. Onun xidmətində "Liverpul" və "Bavariya" maraqlıdır.
Bundesliqanın cari mövsümündə “Bavariya”nı 10 xal qabaqlayan “Bayer” turnir cədvəlinə başçılıq edir.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0