“Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı
10.07.2026 - 15:31
“Real” heyətini təcrübəli yarımmüdafiəçi ilə gücləndirə bilər.
Apasport.az xəbər verir ki, Madrid klubu Marselo Brozoviçlə maraqlanır.
İspaniya nəhəngi 33 yaşlı futbolçu barədə məlumat toplamaq üçün onun nümayəndələri ilə əlaqə saxlayıb.
Xorvatiyalı yarımmüdafiəçinin transferində baş məşqçi Joze Mourinyonun maraqlı olduğu bildirilir. Brozoviç “Əl-Nəssr”dən ayrıldıqdan sonra azad agent statusundadır.
Qeyd edək ki, “Real” onunla 1 illik müqavilə imzalaya bilər.
0
0