Sabiq "Liverpul"lu İspaniya klubunda
25.08.2026 - 11:44
Sabiq "Liverpul"lu İspaniya klubunda

"Liverpul"un sabiq futbolçusu Alberto Moreno karyerasını “Malyorka”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı sol cinah müdafiəçisi İspaniya klubuna azad agent kimi keçib.

Tərəflər 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb. Sazişdə müqavilənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.

Qeyd edək ki, Moreno son iki mövsümü “Komo”da keçirib. O, daha əvvəl “Vilyarreal” və “Sevilya”nın da formasını geyinib.