“Real”ın yetirməsi A Seriyası klubunda - RƏSMİ
11.07.2026 - 10:23
İtaliyanın “Milan” klubu Mario Gilanın transferini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı ispaniyalı müdafiəçi ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
O, yeni komandasında 34 nömrəli formanı geyinəcək.
Transferin məbləği 25 milyon avro və əlavə 5 milyon avro bonus olmaqla, ümumilikdə 30 milyon avro təşkil edir.
Qeyd edək ki, futbolçunun yetirməsi olduğu “Real” əvvəlki transfer müqaviləsində yer alan satışdan pay bəndinə əsasən bu məbləğin 50 faizini, yəni təxminən 15 milyon avro əldə edəcək.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0