Reşford “Aston Villa”da qala bilər
29.03.2025 - 13:28

İngiltərə Premyer Liqası təmsilçilərindən "Aston Villa" Markus Reşfordu birdəfəlik transfer edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, komanda forvardın hazırkı çıxışından çox razıdır və onun müqaviləsində yer alan 50 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Xatırladaq ki, İngiltərə təmsilçisi Reşfordu fevralda "Mançester Yunayted"dən icarəyə götürmüşdü.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm "Aston Villa"nın heyətində 9 oyunda 4 assistlə yadda qalıb.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0