“Roma” türkiyəli futbolçunu komandada saxlayacaq
20.10.2025 - 21:34
“Roma” türkiyəli futbolçunu komandada saxlayacaq

"Roma" mövsümün sonunda klubla müqaviləsi başa çatan Zeki Çelik ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayacaq.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

28 yaşlı sağ cinah müdafiəçisinin illik 1,7 milyon avro olan maaşı 2 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib.