Kriştiano Ronaldo klub səviyyəsində daha bir rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, portuqaliyalı futbolçu Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin “Əl Feyha” - “Əl Nəsr” matçında 1000-ci dəfə meydana çıxıb.
“Əl Nəsr”in 1:0 hesablı qələbəsi ilə bitən oyunda yeganə qolun müəllifi məhz 39 yaşlı hücumçunun özü olub.
Ümumilikdə Portuqaliya millisinin kapitanının ölkə çempionatlarında 685, ölkə kuboku turnirlərində 98, beynəlxalq yarışlarda isə 217 oyunu var.
Qeyd edək ki, Ronaldo 1000 və ya daha çox rəsmi matç keçirənlər arasında 7-ci yerdədir. Siyahıya əfsanəvi braziliyalı qapıçı Rocerio Seni başçılıq edir – 1209 görüş.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər