“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo diqqət mərkəzində olmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı superulduz bu dəfə özünü ən populyar hesab edib.
Portuqaliya millisinin kapitanı insanların çox şeydən xəbərsiz olduğunu da vurğulayıb: “Planetdə sosial mediada ən çox izlənilən adamam. Yəni dünyanın ən populyar adamıyam. Mənim adımdan məşhurluq üçün istifadə edirlər. İnsanların fikirləri ola bilər, lakin onlar dəqiq nə baş verdiyini bilmirlər. Məsələn, Karrinqtonda və ya şəxsi həyatımda. Yalnız bir tərəfin dediyi fikrə qulaq asmamalıdırlar. Mənim sözlərim də nəzərə alınmalıdır”.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”in baş məşqçisini və rəhbərliyini tənqid etdiyi üçün klub tərəfindən 1 milyon avro dəyərində cərimələnib.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı