Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nasr” AFC Çempionlar Liqasının 1/4 finalında BƏƏ-nin “Əl-Ayn” klubunu qəbul edib.
Apasport.az xəbər verir ki, cavab qarşılaşmasının əsas vaxtı “Əl-Nəsr”in üstünlüyü (3:2) ilə bitdiyindən oyun əlavə vaxtda davam edib. 103-cü dəqiqədə BƏƏ təmsilçisi hesabı bərabərləşdirsə də, 118-ci dəqiqədə meydan sahibləri Kriştiano Ronaldonun penaltidən fərqlənməsi ilə ümumi hesabı bərabərləşdiriblər.
Penalti seriyasında isə qonaqlar qələbə qazanıblar – 3:1. “Əl-Nəsr”də yalnız Ronaldonun zərbəsi dəqiq olub.
Beləliklə, "Əl-Nəsr" AFC Çempionlar Liqası ilə vidalaşıb.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi