Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
07.07.2026 - 14:35
Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə

“Çelsi” və “Strasburq”un sabiq baş məşqçisi Liam Rosenyorun yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, ingiltərəli mütəxəssis Fransa təmsilçisi “Paris”in baş məşqçisi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

Rosenyor bu postda Antuan Kombuareni əvəzləyib. Fransa klubu ötən mövsümü Liqa 1-də 11-ci pillədə başa vurub. Komanda elitada yerini qorusa da, rəhbərlik Kombuare ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Qeyd edək ki, Liam Rosenyor 2026-cı ilin aprelində İngiltərə Premyer Liqasında ardıcıl 5 məğlubiyyətdən sonra “Çelsi”nin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmışdı.