Portuqaliyalı mütəxəssis Ruben Amorim “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib.
Apasport.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 40 yaşlı məşqçi ilə yolların ayrılması qərarı bu səhər verilib.
Qərara son turda əldə olunan nəticə də təsir göstərib. Yanvarın 4-də “qırmızı şeytanlar” "Leeds United" ilə oyunda qalib gələ bilməyib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Amorim 2024-cü ilin noyabr ayında "Mançester Yunayted"in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ümumilikdə 63 oyun keçirib, 25 qələbə qazanıb, 15 dəfə heç-heçə edib və 23 oyunda məğlub olub.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA