Rüdiger 2 ay yaşıl meydanlardan uzaq qalacaq
29.04.2025 - 14:28
Rüdiger 2 ay yaşıl meydanlardan uzaq qalacaq

"Real Madrid"in müdafiəçisi Antonio Rudiger əməliyyat olunub. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Müdafiəçinin bərpa prosesinə tezliklə başlanacaq.

Rüdigerin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 

Qeyd edək ki, almaniyalı "Barselona" ilə Kral Kubokunun final matçının (2:3) 111-ci dəqiqəsində dizində problem yarandığı üçün əvəzlənmişdi.