Rusiyada Birinci Liqanın oyunları təxirə salındı
23.03.2024 - 16:07
Melbet Birinci Liqasının 24-cü turunun bütün oyunları təxirə salınıb.
Apasport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
"Dünən Moskva vilayətində baş vermiş faciəvi hadisələrlə əlaqədar RFU-nun qərarı ilə Birinci Liqanın 24-cü turunun bütün oyunları təxirə salınacaq".
Matçların yeni tarixləri hələ məlum deyil.
Qeyd edək ki, ötən gün - martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Faciə nəticəsində 115 nəfər həlak olub.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0