"Bavariya"nın keçmiş baş məşqçisi Hans-Diter Flik tezliklə işə qayıtmaq istəyir.
Apasport.az xəbər verir ki, Flik agent Pini Zahavi vasitəsilə özünə cəlbedici təklif axtarışındadır.
Xavi Hernandezin yayda ayrılacağı kataloniyalı "Barselona" almaniyalıya maraq göstərir.
Flik İngiltərə Premyer Liqası klublarının da maraq dairəsindədir.
Xatırladaq ki, Hans-Diter əvvəllər “Bavariya” ilə Çempionlar Liqasının qalibi olub. Bu yaxınlarda almaniyalının Münhen klubuna qayıda biləcəyi ilə bağlı xəbərlər də yayılmışdı.
Qeyd edək ki, payızın əvvəlində mütəxəssis Almaniya millisinin baş məşqçisi postundan qovulmuşdu.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər