"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko qış mövsümündə komandanı yeni oyunçularla gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, artıq transfer siyahısındakı 3 futbolçunun adı bəllidir.
Onlardan ikisi daha öncə "sarı-lacivərdli" formanın şərəfini qoruyublar - Ferdi Kadıoğlu və Kim Min Je.
Tedesko Arçi Brounun onun dörd nəfərlik sisteminə uyğun olmadığını düşünür. Bu səbəblə o, sol cinahı Ferdi ilə gücləndirmək istəyir.
40 yaşlı mütəxəssis "Bayern"də çıxış edən cənubi koreyalı mərkəz müdafiəçisini isə Ceydon Ostervoldenin yerinə düşünür.
Tedeskonun idarə heyətinin siyahısında daha bir "Bayern"li oyunçu - Leon Qoretzka da var.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda