Sabiq "Real"lı yenidən La Liqada - RƏSMİ
08.08.2025 - 10:56
Sabiq "Real"lı yenidən La Liqada - RƏSMİ

"Real Madrid"in sabiq futbolçusu Mariano Diazın gələcəyi müəyyənləşib.

Apasport.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını La Liqa təmsilçisi "Alaves"də davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, forvardla iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Diaz son olaraq 2023/24 mövsümündə "Sevilya"nın heyətində çıxış edib.