Sabiq “Yunayted”li açıqladı: “Cerrard məndən daha yaxşıdır”
26.12.2025 - 19:27
Sabiq “Yunayted”li açıqladı: “Cerrard məndən daha yaxşıdır”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz özünü “Liverpul”un keçmiş kapitanı Stiven Cerrarddan daha güclü hesab etmədiyini bildirib.

Apasport.az xəbər verir ki, veteran oyunçu bu fikrini hər iki tərəfin komandalarındakı rolları ilə əsaslandırıb.

Onun sözlərinə görə, Cerrard uzun illər Mersisayd klubunun aparıcı siması olub, özü isə böyük bir kollektivin tərkib hissəsi kimi çıxış edib: “Skoulz, yoxsa Cerrard? Məncə, Cerrard. O, daha atletik idi və oyunların taleyini həll etməyi bacarırdı. Stiven çıxış etdiyi komandada mərkəzi fiqur olmalı idi, mən isə sadəcə böyük bir kollektivin üzvü idim, başa düşürsünüz? Mən Cerrardın ‘Liverpul’da etdiklərini edə bilməzdim”.