Salah tarix yazdı
18.03.2024 - 11:55
Məhəmməd Salah tarixə düşüb.
Apasport.az xəbər verir ki, ötən gün İngiltərə Kubokunun 1/4 finalında "Mançester Yunayted"lə "Liverpul" qarşılaşıb.
"Old Trafford" stadionunda baş tutan görüş "qırmızı şeytanlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə “Liverpul”un hücumçusu Məhəmməd Salah da fərqlənib.
Misirli futbolçu "qırmızı şeytanlar"a ardıcıl 5 matçda qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, bu mövsüm Məhəmməd 22 matçda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0