
Yunanıstan nəhəngi Super Liqada çıxış edən "Fənərbaxça"nın satın alma variantı ilə "Panatinaikos"a icarəyə verdiyi Səməd Akaydın üçün qərar verib.
Apasport.az "Sabah"a istinadla xəbər verir ki, Akaydının yeni mövsümdən əvvəl "Fənərbaxça"ya dönəcəyi iddia edilib.
Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” ötən gün keçirilən matçda AEK-ə 3:0 hesabı ilə məğlub olub. Akaydın etdiyi səhvlə matça damğasını vurub. Buna görə də, yunan nəhəngi türkiyəli müdafiəçi seçimindən istifadə etməmək qərarına gəlib.
Beləliklə, Samet Akaydın 2024-25 mövsümündən əvvəl "Fənərbaxça"ya qayıdacaq.
Qeyd edək ki, 30 yaşlı futbolçunun "bülbüllər"lə 2026-cı ilə qədər müqaviləsi var.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?