Sanço üçün yeni namizəd
14.05.2025 - 09:55
Sanço üçün yeni namizəd

"Mançester Yunayted"dən icarəyə götürülən "Çelsi"nin vingeri Ceydon Sanço Almaniyaya qayıda bilər.

Apasport.az “The Sun Football” nəşrinə istinadla xəbər verir ki, "Bayer" ingilis futbolçu ilə maraqlanır. 

Əgər "Çelsi" futbolçunun məcburi satınalma bəndindən imtina edərsə, Bundesliqa klubu 25 yaşlı futbolçu üçün təklif göndərəcək. 

"Mavilər" futbolçunun transferindən imtina etdikləri halda, "Mançester Yunayted"ə təxminən 6 milyon avro cərimə ödəməli olacaqlar. 

Qeyd edək ki, ingilis futbolçu Enzo Mareskanın heyətində 39 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.