Sandro məşqlərə qayıtdı
09.12.2022 - 09:34
Braziliya millisinin futbolçusu Aleks Sandro məşqləri bərpa edib.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçi komandanın dünənki qapalı məşqinə də qatılıb.
Cənubi amerikalı zədədən sonra bərpa olunub. Amma onun Xorvatiya ilə bugünkü qarşılaşmada iştirakı sual altındadır. Bu üzdən də Eder Militaonun sağ, Danilonun sol cinahda oynayacağı gözlənilir.
Qeyd edək ki, Braziliya və Xorvatiya arasında bugünkü 1/4 final oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0