“Bavariya” hücumçusu Leroy Sane ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, Münhen klubu hazırda Almaniya millisinin heyətində dünya çempionatında olan 26 yaşlı ön xətt oyunçusunu komandada saxlamaqda maraqlıdır.
Tez-tez zədələndiyi üçün müntəzəm oynamayan və əsas heyətə düşməkdə çətinlik çəkən ulduz futbolçu ən azı mövsümün sonuna qədər hazırkı klubunda qalacaq. Almanlar yanvarda onun keçidi üçün alınacaq bütün təklifləri rədd etmək qərarına gəlib.
Qeyd edək ki, 2020-ci ildə “Mançester Siti”dən transfer edilən Leroy Sanenin Bundesliqa klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı