"Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatan Leroy Sane İngiltərəyə qayıda bilər.
Apasport.az xəbər verir ki, Almaniya klubunun yeni sözləşmə təklifini qəbul etməyən almaniyalı vingerin "Tottenhem"ə keçmək ehtimalı var. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Sanenin meneceri futbolçunu London klubuna təklif edib. "Tottenhem" 29 yaşlı oyunçunun maaş tələbini qəbul etsə, keçid rəsmiləşəcək.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu