Selçuk İnan etiraz etdi: ehtiyat oyunçuları meydanı tərk etdi - VİDEO
14.03.2026 - 17:19
Selçuk İnan etiraz etdi: ehtiyat oyunçuları meydanı tərk etdi  - VİDEO

Türkiyə Super Liqasında XXVI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Kocaelispor” öz meydanında “Konyaspor”u qəbul edib.

Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydan sahiblərinin qapısına penalti təyin edilib. Bu qərara etiraz edən komandanın baş məşqçisi Selçuk İnan ehtiyat oyunçular skamyasında olan hər kəsi soyunub-geyinmə otağına göndərib.

Qeyd edək ki, qarşılaşma “Konyaspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Həmin anları sizə təqdim edirik: