“Seltik” “Mançester Yunayted”in qapıçısı Radek Viteklə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Şotlandiya klubu 22 yaşlı çexiyalı qolkiperin transferini yayda reallaşdırmaq istəyir. “Mançester Yunayted”in də ötən mövsümü icarə əsasında “Bristol Siti”də keçirən qapıçını satacağı gözlənilir.
Vitek uğrunda mübarizəyə “Hall Siti” də qoşulub. Onun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Vitek 2025/26 mövsümündə bütün turnirlərdə 41 matçda iştirak edib, qapısında 54 qol görüb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI