Sergen Yalçın: "Rafanın meneceri zəng edib klubu təhdid edirdi"
15.11.2025 - 16:27
Sergen Yalçın: "Rafanın meneceri zəng edib klubu təhdid edirdi"

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın Rafa Silva ilə bağlı  açıqlama verib.

Apasport.az xəbər verir ki, onun sözlərinə görə, portuqaliyalı futbolçu daha ilk gündən ayrılmaq istədiyini bildirib:

"Rafa Silva ilk gün mənə  çox məyus olduğunu və burada qalmaq istəmədiyini demişdi. Hətta o, futbolu buraxmaq istədiyini söyləmişdi. Kenny Aroyo da oxşar sözlər söylədi və biz onun önünü açdıq. Rafa dəyərli oyunçu olduğu üçün ona qarışmayacağımızı və sərbəstlik verəcəyimizi söylədim. Qısa zamanda problemi həll etdim. Bir müddət keçdikdən sonra mövzu yenidən gündəmə gəlməyə başladı. Bir ay sonra Rafanı yenidən çağırdım, ona dəyərli olduğunu izah etdim. Ona ehtiyacımız olduğunu bildirdim. Toparlamağa çalışdıq, amma "Kasımpaşa" matçı həftəsində məsələ artıq həll edilə bilməyəcək nöqtəyə çatdı. O, birbaşa olaraq məşqlərə çıxmayacağını və matçlarda oynamaq istəmədiyini bildirdi".

Sergen Yalçın Rafa Silvanı yetərincə idarə etdiyini söyləyib: 

"Bu hadisələr baş verdikdən sonra komandama Rafaya qarışmamalarını bildirdim. O, oynamaq istəmədiyini söylədikdən sonra məsələ məndən çıxdı. Rəhbərliyə gedib çıxdı. Bunu başqana da bildirdim. Artıq həll edə biləcəyim vəziyyət qalmamışdı. Rafa Silva üçün qapımız açıqdır, gəlsin və oynasın. Bizimlə problemi olduğunu düşünmürəm. Meneceri ilə xəbər göndərir. Mövzu mənim nəzarətimdən çıxıb, onsuz da lazım olduğu qədər idarə etdim. Heç qarışmadım. Əgər problem 70-ci dəqiqədə meydandandan çıxarılmasıdırsa, bu gün Messi və Ronaldo da oyundan çıxır. Heç kim "Beşiktaş"dan böyük deyil. Biz də bu gün varıq, sabah yoxdur."

Təcrübəli məşqçi Silvanın menecerinin klubu təhdid etdiyini qeyd edib: 

"Hər həftə "Rafa məşqə qoşulacaq, ya yox?" sualına cavab axtarırdıq. Meneceri zəng edib klubu təhdid edirdi. Kontrakta xitam veriləcəyini, Rafanın oyunlara çıxmayacağını söyləyirdi. Bura "Beşiktaş"dı. Bir gün Rafa Silvanın da, Sergen Yalçının da yeri dolacaq".