Andrey Şevçenko sabah start götürəcək DÇ-2022-dən gözləntilərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Kriştiano Ronaldo və Lionel Messinin son çempionatında gözəl mübarizə gözləyir.
“Qızıl top” qazanan azsaylı futbolçulardan olan Şevçenko favoritini açıqlamaq istəməyib: “Gözləntim çoxdur. Bu, Ronaldo və Messinin son çempionatıdır. Onlar son 20 ilin ulduzlarıdır. Bəyəndiyim gənclərə gəlincə, “Barselona”dan Qavi və “Real”ın bir neçə oyunçusu var. Düşünürəm ki, gözəl futbol olacaq”.
Qeyd edək ki, Qətərdəki mundial noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı