"Sevilya" belçikalı qolkiperi heyətinə qatmaq istəyir
17.02.2024 - 20:50
Belçikalı qapıçı Koen Kastels yay "transfer pəncərəsi"ndə Almaniyanın "Volfsburq" klubunu tərk edə bilər.
Apasport.az jurnalist Fabrizio Romanoya istinadla xəbər verir ki, qapıçı 2 klubun maraq dairəsinə düşüb.
İnsayderin sözlərinə görə, İspaniyanın “Sevilya” və Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubları Kastelsi transfer etmək istəyir.
Qapıçının "qurdlar"la müqaviləsi bu yay başa çatacaq və o, azad agentə çevriləcək. Almaniya çempionatının bu mövsümündə 31 yaşlı belçikalı 17 oyun keçirib və bu oyunda 25 qol buraxıb. 3 görüşdə Kastels qapısını toxunulmaz saxlayıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0