“Sevilya”dan yeni transfer - RƏSMİ
13.08.2025 - 14:58
“Sevilya”dan yeni transfer - RƏSMİ

"Sevilya" heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Nyukasl Yunayted"də çıxış edən Odissias Vlaxodimosu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiper 1 illik icarə əsasında La Liqa təmsilçisinin qapısını qoruyacaq.

Qeyd edək ki, Vlaxodimos "Nyukasl"a 2024-cü ilin yanvarında "Nottingem Forest"dən 23,6 milyon avroya transfer olunmuşdu.