Şimanski 3 həftə meydandan uzaq qalacaq
18.11.2025 - 15:54
Şimanski 3 həftə meydandan uzaq qalacaq

Xəbər verdiyimiz kimi, "Fənərbaxça"nın yarımmüdafiəçisi Sebastian Şimanski sıradan çıxıb.

Apasport.az xəbər verir ki, o, 3 həftə meydandan uzaq qalacaq. Bu barədə Türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb. 

Qeyd edək ki, Polşa millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsinin Niderlandla matçının (1:1) 13-cü dəqiqəsində zədələnib.