Yann Sommer karyerasını Belçikada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 37 yaşlı qolkiper azad agent kimi “Brügge” ilə müqavilə imzalayıb.
Belçika klubunun yaydığı məlumata əsasən, təcrübəli qapıçı ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan sözləşmə bağlanıb.
Sommer son üç mövsümü İtaliyanın “İnter” klubunda keçirib. O, daha əvvəl İsveçrədə “Bazel”, Almaniyada isə Münhenqladbax “Borussiya”sı və “Bavariya”nın formasını geyinib.
Karyerası ərzində dörd dəfə İsveçrə, iki dəfə İtaliya və bir dəfə Almaniya çempionu olan qapıçı İsveçrə millisində 94 oyun keçirib. O, 2024-cü ilin yayında yığmadakı çıxışını başa vurub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI