Sommer millinin düşərgəsini tərk etdi
24.03.2024 - 23:37
İsveçrə millisində itki baş verib.
Apasport.az xəbər verir ki, "İnter"in qapıçısı Yan Sommer yığmanın düşərgəsini tərk edib.
Qapıçı zədə səbəbindən komandadan ayrılıb. O, "İnter"ə qayıdacaq və orada tibbi müayinədən keçəcək. Qolkiperin sağ topuq nahiyəsindən xəsarət aldığı bildirilir. Milli komandada Sommeri Münhenqladbax "Borussiya"sından Yonas Omlin əvəz edəcək.
Xatırladaq ki, Yan Sommer İsveçrə - Danimarka matçında zədələnib.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0