Şota Arveladze istefa verdi
10.03.2024 - 13:37
Türkiyə Superliqa təmsilçilərindən "Fatih Karagümrük" klubu baş məşqçisiz qalıb.
Apasport.az xəbər verir ki, Şota Arveladze çempionatın 29-cu turunun "Trabzonspor"la matçından sonra istefa verib.
Klub rəhbərliyi gürcü məşqçiyə inandığını bildirsə də, o, postunda qalmaq istəməyib.
Şota futbolçu kimi 1993-1997-ci illərdə "Trabzonspor"da oynayıb. Daha sonra "Ayaks", "Reyncers", "AZ Alkmaar". "Levante"də çıxış edib.
Qeyd edək ki, "Fatih Karagümrük" Superliqada 29 turdan sonra 29 xalla 16-cı pillədə qərarlaşıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0